RU

Yekaterinburqda son durum: Məzahirlə bağlı qərar verildi, Akif məhkəmə zalında-FOTO

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, OMON-nun əməliyyaı çərçivəsində saxlanılan Məzahir Səfərov 22 sutka müddətinə istintaq təcridxanasına göndərilib.

Dövlət ittihamçısı digər şübhəli - Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir. Akif Səfərov  1963-cü il təvəllüdlü. Ailəlidir, yetkin yaşına çatmış uşaqları var. O, həm də  işdə adı çəkilən “Kaspi” kafesində direktor işləyir. 

Yerli mətbuatın məlumatına görə, ikinci müttəhim məhkəmə zalına gətirilib. 

Избранный
11
3
cebheinfo.az

4Источники