Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 30-da mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.