28 iyun tarixində Dövlət Bayrağı Meydanında keçirilən Red Bull Car Park Drift yarışması yüksək sürət, texniki bacarıq və şou elementləri ilə dolu yadda qalan bir axşam yaşatdı.
Pərviz Əzizov yarışmanın qalibi olaraq, 2026-cı ildə keçiriləcək Red Bull Car Park Drift Dünya Finalında ölkəmizi təmsil etmək şansı qazandı.
2-ci yer – Niyaz Bədiyev
3-cü yer – Elçin Məmmədov
4-cü yeri isə – Fərid Quliyev tutdu.
Tədbir Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və CBC Sportun dəstəyi ilə həyata keçirildi.
Bu il yarışma dünya səviyyəli şou proqramla da yadda qaldı: dünyaca məşhur drift ustası Abdo Feghali və Avropanın tanınmış stunt motosikletçilərindən biri – Aras Gibieža ilk dəfə ölkəmizdə eyni arenada çıxış etdilər. Onların performansı zamanı Milli Rəqs Qrupu da şouya qoşularaq avtomobil, moto və rəqsin sintezindən ibarət, unikal və bir ilk olan çıxış nümayiş etdirdi.
Tədbir izləyicilərin böyük marağı ilə keçdi – tribunalar dolu, alqışlar fasiləsiz idi. 28 iyun 2025 tarixində Bakı bir daha drift mərkəzinə çevrildi!









