RU

Azərbaycanda istirahət mərkəzinin müdirinə 5 bıçaq zərbəsi vuruldu

Lənkəranda iş adamı bıçaqlanıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Böyük Bazar” adlanan ərazisində baş verib.

Məlumata görə, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayı” istirahət mərkəzinin müdiri, 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 5 bıçaq zərbəsi alıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və zəruri ilkin tibbi yardımdan sonra cərrahi əməliyyata alınıb.

Избранный
4
2
publika.az

10Источники