Premyer Liqaya yüksələn “Karvan”da ayrılıq gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi Müşviq Teymurovla müddəti başa çatan müqavilə uzadılmayıb.
Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsüm “Karvan”da 45 oyun keçirib və komandanın kapitanlarından olub.