futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Səbail”lə müqaviləsi başa çatan Yusif Nəbiyev karyerasını Premyer Liqada davam etdirə bilər.
“FutbolPress“in əldə etdiyi məlumata görə, cinah müdafiəçisi “Sumqayıt” və “Kəpəz”lə danışıqlar aparır. Nəbiyev “dənizçilər”in elitanı tərk etməsi səbəbiylə I Liqada oynamaq istəmir.
Müdafiəçi indiki məqamda “Sumqayıt”a daha isti yanaşır. “Kəpəz” də transferdə israrlıdır.
Karyerası ərzində “Qəbələ”, “Sumqayıt”, “Zirə”, “Kəpəz”, “Səbail”də çıxış edən Yusif başa çatan mövsümdə 32 oyuna çıxıb.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.