RU

Putinin Bakıya qarşı “keçəllər” taktikası – Azərbaycanlıların hücumun SİRLƏRİ AÇILIR

Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı zorakılıqla müşahidə olunan həbslər Azərbaycanda ciddi narahatlıq doğurub. Rusiya hüquq-mühafizə orqanlarının apardığı “reydlər” nəticəsində onlarla azərbaycanlının saxlanıldığı və hüquqlarının kobud şəkildə pozulduğu bildirilir. Məlumata görə, bu proses təsadüfi deyil və onun arxasında siyasi motivlər dayanır. Müşahidəçilər və ekspertlər bu cür repressiyaların Kreml tərəfindən məqsədli şəkildə həyata keçirildiyini vurğulayırlar.

Əməliyyatların arxasında hansı məqsədlər dayanır? Azərbaycanlılar niyə hədəf seçilir? Putin hakimiyyəti bu repressiyalarla nəyi hədəfləyir?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu qeyd edib ki, Rusiyada azərbaycanlılara qarşı son vaxtlar törədilən cinayətlər dərhal dayandırılmalı və baş verən hadisələrlə bağlı ictimaiyyətə aydın, əsaslandırılmış izah təqdim olunmalıdır:

“Unutmaq olmaz ki, bu zorakılığa məruz qalan şəxslər təkcə etnik azərbaycanlı deyil, həm də Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu, azərbaycanlılara qarşı zorakılıqla yanaşı, Rusiyanın dövlət imicinə ciddi zərbədir. İnsanların etnik mənsubiyyətinə görə fərqləndirilməsi və hədəfə alınması hüquqi dövlət prinsipləri ilə tam ziddiyyət təşkil edir. Təəssüf ki, Rusiyada bəzi dairələrin belə addımlar atması yeni deyil və bu, narahatedici bir tendensiyanın davamıdır”.

hiko

Deputat əlavə edib ki, Rusiya hələ də keçmiş SSRİ-yə daxil olan ölkələrin ona bağlı qalacağını zənn edir:

“Halbuki, bu, indiki dövrdə mümkün deyil. Rusiyanın azərbaycanlılara qarşı sərgilədiyi bu münasibət, həm də Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilib. Soydaşlarımıza qarşı akt təkcə etnik diskriminasiya deyil, həm də dövlət zorakılığıdır. Bu hadisələr həm Rusiyada yaşayan azərbaycanlıların, həm də bütün Azərbaycanın haqlı hiddətinə səbəb olub. Rəsmi Moskva bu məsələyə dərhal reaksiya verməli, zorakılığı törədənləri məsuliyyətə cəlb etməli və ictimaiyyətə aydın cavab verməlidir. Əks halda, bu zorakılıq halları Rusiya-Azərbaycan münasibətlərinə bərpaolunmaz zərbə vuracaq və Rusiyanın beynəlxalq nüfuzu daha da zədələnəcək”.

Deputat Elman Nəsirov isə bildirib ki, Rusiyada Səfərovlar ailəsinin üzvlərinə qarşı keçirilən əməliyyat öz qəddarlığı ilə seçilir:

“Rusiya tərəfi bildirir ki, bu tədbir 2000-ci illərin əvvəlində baş vermiş cinayətlə bağlı aparılıb. Lakin əməliyyatın icrası, səbəbləri və nəticələri ilə bağlı ciddi suallar yaranıb. Əvvəla, əməliyyat zamanı nümayiş olunan qəddarlıq cəmiyyətdə şok effekti yaradıb. Nəticədə ailənin beş üzvü, o cümlədən, iki doğma qardaş qətlə yetirilib. Yaxın qohumlar həyatını itirib, bir sıra azərbaycanlılar isə saxlanılıb. Bütün bu hadisələr insanlarda Stalinin repressiya illərini xatırladıb. Amma o dövrdə belə, formal da olsa, məhkəmə prosesi keçirilirdi. Bu dəfə isə insanlar məhkəməsiz-filansız cinayətkar elan edilərək qətlə yetirilib. Təəccüblüdür ki, belə hallar hələ 1990-cı illərin əvvəllərində də baş verirdi. Həmin vaxt cinayətləri “skinhedlər” (əsasən keçəl olurlar – red.) və digər radikal qrupların törətdiyi bildirilirdi. Amma arxasında çox vaxt dövlətin müəyyən dairələri dayanırdı. O zaman bu hücumlar cinayətkar qrupların fəaliyyəti kimi təqdim olunurdu. İndi isə bu əməliyyatların birbaşa Rusiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilməsi açıq şəkildə bəlli olur”.

elman

E.Nəsirov vurğulayıb ki, bu hadisə Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub:

“İnsanlar haqlı olaraq sual edirlər: qanun haradadır? Hansı məhkəmənin hökmü ilə bu insanlar öldürülüb? Belə bir hökm yoxdur, bu isə hüququn tam çökməsi, anarxiya deməkdir. Bəzi analitiklər hesab edirlər ki, Rusiya Ukraynada törətdiyi cinayətlərə görə cəzasız qaldığı üçün indi daha da arxayınlaşıb. Bu təhlükəli tendensiya indi də dinc insanlara yönəlir. Belə qəddar cinayətlərin arxasında dövlət qurumları dayanırsa, bu artıq adi hüquq pozuntusu deyil, bu, sistemli zorakılıqdır. Əgər bu hadisələrə obyektiv qiymət verilməzsə, rəsmi Moskva lazımi addımlar atmazsa, bu, həm ictimai rəyi, həm də iki ölkə arasındakı münasibətləri ciddi zədələyə bilər. Azərbaycan cəmiyyəti gözləyir ki, bu cinayəti törədən şəxslər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaq. Əgər bu baş verməzsə, Azərbaycan ictimaiyyəti Rusiyaya olan inamını tamamilə itirə bilər”.

Избранный
13
50
turkustan.az

10Источники