Demokrat.az xəbər verir ki, bu sözləri siyasi şərhçi, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, bu hadisə Rusiyanın uzun illərdir yürütdüyü imperiya siyasətinin davamı və azərbaycanlılara qarşı xüsusi qərəzin bariz nümunəsidir: “Tarix boyu rus hakimiyyətlərinin – istər çar, istər sovet, istərsə də müasir Kremlin – qeyri-rus xalqlara, xüsusilə də türk-müsəlman topluluqlara qarşı yürütdüyü sərt və tabeetdirici siyasət bu gün də eyni məntiqdə davam etdirilir. Lakin bu gün baş verənlər arasında azərbaycanlılara qarşı xüsusi düşmənçilik açıq şəkildə nəzərə çarpır. Azərbaycanlıların son dövrlərdə Rusiya xüsusi xidmət orqanlarının hədəfinə çevrilməsi təsadüfi deyil”.
Fərid Şahbazlı qeyd edib ki, Yekaterinburqda baş verən hadisə təkcə bir ailənin faciəsi deyil, bir xalqın hədəfə alınmasıdır: “Repressiyalar və hüquqsuzluq azərbaycanlılar üçün sistematik hala gəlib. Rusiya cəmiyyətində son illərdə dövlət səviyyəsində körüklənən islamofob və anti-türk ritorika, azərbaycanlılara qarşı daha kəskin formada təzahür edir. Biz görürük ki, Rusiya mediasında, ictimai rəyin formalaşmasında azərbaycanlı obrazı bilərəkdən kriminal və təhlükəli kimi təqdim olunur. Bu isə qərəzin rəsmi səviyyədə formalaşdırıldığını göstərir.”
Siyasi şərhçinin fikrincə, Moskva hazırda Ukrayna müharibəsindəki uğursuzluqları və Qərblə toqquşmaların doğurduğu daxili böhranı kompensasiya etmək üçün yeni “düşmən obrazı” axtarır: “Bu kontekstdə miqrantlar, xüsusilə də azərbaycanlılar günah keçisi elan edilir. Bizə qarşı münasibət təkcə etnik deyil, həm də siyasi xarakter daşıyır. Azərbaycanın müstəqil və balanslı siyasəti Moskvanın gözündə “arzuedilməz model” kimi görünür.”
Fərid Şahbazlı Azərbaycanın son dövrlərdə Rusiya tərəfindən atılan digər qərəzli addımlarını da xatırladıb: “Həştərxanda Azərbaycan deputatının ölkəyə buraxılmaması, ölkənin media resurslarına qarşı kiberhücumların təşkili və ictimai rəyə təsir göstərən bəzi televiziya fiqurlarının açıq anti-Azərbaycan çağırışları bu tendensiyanın siyasi fonunu daha da aydınlaşdırır.
Bu gün azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması artıq beynəlxalq hüquq müstəvisində müzakirə olunmalıdır. Azərbaycanın dövləti və ictimaiyyəti bu məsələni sonadək araşdıracaq”.
10Источники
-
news24.azRusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb ( 18748060)
-
azia.azDEPUTAT BUNLARI azərbaycanlılara qarşı törədilmiş vəhşilik adlanırdı ( 18753166)
-
senzor.azAzərbaycan Rusiya Baş nazirinin müavinini qəbul etməkdən imtina etdi ( 18752998)
-
senzor.azRusiyanın daha bir şəhərində azərbaycanlılara qarşıREYDLƏRƏ BAŞLANILDI ( 18752920)
-
bizim.mediaUkraynalı jurnalist: Dinc insanlara qarşı terror Rusiya üçün adi hala çevrilib ( 18752680)
-
senzor.azBakıdan İranın Ermənistandakı səfirinə tövsiyə:PAPADAN DAHA ÇOX KATOLİK OLMA! ( 18752308)
-
avtosfer.azİşgəncələrə məruz qalan iki azərbaycanlı xəstəxanadan buraxıldı ( 18751843)
-
azertag.azHüseyn Yusubov: Yekaterinburqda azərbaycanlılara qarşı baş verənlər rus şovinizminin nümunəsidir ( 18751732)
-
azertag.azHüseyn Yusubov: Yekaterinburqda azərbaycanlılara qarşı baş verənlər rus şovinizminin nümunəsidir ( 18751729)
-
editor.azBakı Yekaterinburqdakı qətliamı təşkil edən şəxsin adını çəkdi – VİDEO ( 18751708)