RU

Türkiyə hökuməti Rusiya-Ukrayna danışıqlarının perspektivlərini müzakirə edəcək

BAKI, 29 iyun. TELEQRAF.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 30-da Nazirlər Kabinetinin iclasını keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.

İclasda digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinin perspektivləri müzakirə ediləcək.

Gündəlikdə duran əsas mövzulardan birinin ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları olacaq. Məsul nazirlər mövcud vəziyyət və görülən tədbirlərlə bağlı Prezidentə hesabat verəcəklər. Hökumət həmçinin ölkədə antiterror tədbirlərinin gedişatını və iqtisadi məsələləri müzakirə edəcək.

Nazirlər Kabineti İran-İsrail münaqişəsi ətrafında vəziyyəti, bütövlükdə regiondakı vəziyyəti qiymətləndirəcək. Telekanal qeyd edir ki, İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun keçirilməsi perspektivlərinin müzakirəsi gözlənilir. Bundan əlavə, 2026-cı ildə NATO sammitinin harada keçiriləcəyi ilə bağlı müzakirələrin aparılacağı istisna edilmir. Alyansın qərarına əsasən, Türkiyədə keçiriləcək, lakin bu görüşün hansı şəhərdə keçirilə biləcəyi hələlik bəlli deyil.

Избранный
59
50
teleqraf.com

10Источники