RU

Aygün Attardan rəsmi Moskvaya SƏRT SÖZLƏR

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlılara qarşı kütləvi həbslər, təzyiqlər və təqiblərə görə Rusiya hakimiyyətini kəskin tənqid edib.

"Bakuinfo" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

"Rusiyada Azərbaycan türklərini dövlətin əli ilə öldürmək əmrini kim verib? Rusiya xüsusi təyinatlılarının bir ailənin 4 üzvünü öz evində öldürməsi nə deməkdir? Ay vicdansız Putin, millətlər həbsxanası olan SSRİ üçün darıxırsan? Bütün insanları, xüsusən də Rusiyada yaşayan üç milyona yaxın azərbaycanlını etiraza səsləyirəm.

Mən Kremli, onun rus şovinizmini, separatçı əhvali-ruhiyyəni və islamofob yanaşmasını qətiyyətlə pisləyirəm! Çünki Putin Stalini təqlid edərək qeyri-rusların yaşamaq hüququnu inkar edən amansız siyasətini davam etdirir.

Yekaterinburqda sadəcə olaraq müharibəyə göndərilməyə etiraz etdikləri üçün Rusiya kəşfiyyatçılarının hücumuna məruz qalan və ailələrinin gözü qarşısında döyərək öldürülən soydaşlarımıza Allah rəhmət eləsin", - A.Attar qeyd edib.

Избранный
4
10
bakuinfo.net

9Источники