Klublararası dünya çempionatında daha bir 1/4 finalçı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Avropanın ən güclü klubu PSJ 1/8 finalda meydan sahibləri "İnter Mayami" ilə qüvvəsini sınayıb.
Lionel Messinin kapitanı olduğu ABŞ təmsilçisi darmadağına məruz qalıb - 0:4.
PSJ-nin rəqibi "Bavariya" - "Flamenqo" cütünün qalibi olacaq.
1/4 finalın ilk cütü dünən məlum olub: "Çelsi" - "Palmeyras".
Klublararası dünya çempionatı, 1/8 final
PSJ - "İnter Mayami" 4:0
Joao Neves, 6; 39; Tomas Aviles, 43 (avtoqol); Əşrəf Hakimi, 45+3