Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub.
İdman.biz xəbər verir ki, ənənəvi yarışın son günündə sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb.
Bununla da güləşçilərimizin Memorialda qazandıqları medalların sayı 8-ə çatıb. Onlar 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər.
Daha əvvəl yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc, sərbəst güləşdə isə Ali Tsokayev (86 kq) qızıl medal qazanıblar.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.