RU

“Çelsi” Mark Qexinin “Liverpul”a transferindən gəlir əldə edə bilər

“Çelsi” klubu “Kristal Pelas”ın müdafiəçisi Mark Gehinin “Liverpul”a mümkün transferindən gəlir götürə bilər.

90deqiqe.Az-ın “Mirror” nəşrinə istinadən məlumatına görə, 2021-ci ildə ingilis futbolçu “Kristal Pelas”a satılan zaman “Çelsi” onun gələcək transferindən gəlirin 20%-ni almaq hüququnu əldə edib.

“Liverpul” 24 yaşlı müdafiəçiyə ciddi maraq göstərir. “Orclar”ın Gehini 46,8 milyon avro qırmızılar”a satması ehtimal olunur. Bu halda “Çelsi” 9,3 milyon avro gəlir əldə edəcək.

Mark Gehi “Çelsi”nin yetirməsidir və əsas komandada yalnız iki matçda çıxış edib.

Избранный
10
15
90deqiqe.az

10Источники