RU

Bu məhsul yüksək qan təzyiqi halında istisna edilməlidir...

Yüksək qan təzyiqi ilə vəziyyəti yalnız dərmanlarla deyil, həm də düzgün bəslənmənin köməyi ilə yüngülləşdirə bilərsiniz.

SİA-nın məlumatına görə, bunu rusiyalı həkim deyib.

Onun sözlərinə görə, yalnız bir məhsulun istehlakını məhdudlaşdırsanız, təzyiqiniz azalacaq.

...Sən onu masanın üstünə qoyursan, o, bir çox məhsulların, xüsusən də yarımfabrikatların, kolbasaların, salamların bir hissəsidir, bir sıra balıq məhsullarının tərkibində olur,- deyə həkim izah edib.

Onun sözlərinə görə, bu duzdur.

...Böyük miqdarda duz kimyəvi cəhətdən çox sayda su molekulunu cəlb edir, beləliklə hüceyrədaxili, damardaxili mayenin miqdarını artırır, bu da dövran edən qanın ümumi həcminin artmasına səbəb olur və daha çox qan vurmaq üçün bədən arterial təzyiqini artırır.

Nazlı Almuradova

Избранный
30
49
sia.az

10Источники