RU

Bu dəfə çürük pomidor yox, insanlar hədəfdə - VİDEO

Rusiyada son illər getdikcə artan milli və etnik ayrı-seçkilik, şovinist yanaşmalar artıq çürük pomidorların geri qaytarılması kontekstindən çıxıb.
 
Bu dəfə nişangahda hədəf illərdir bu ölkə hüdudlarında yaşayan, dövlətə vergisini verən, iqtisadiyyatın inkişafına dəstək olan qeyri-ruslardır. Konkret olaraq söhbət, iyunun 27-də, Yekaterinburq şəhərində OMON-çular tərəfindən illər əvvəl törədilmiş cinayətə görə təqsirləndirilən azərbaycanlıların işgəncəyə məruz qalmasından gedir.
 
OMON-çuların başladığı bu dalğa həmyerlilərimizin öldürülməsi, bir neçə nəfərin ağır yaralanması və bir qrup şəxsin həbs olunmasına səbəb olub. Təbii ki, hər bir ölkənin qanunvericiliyində törədilən əməldən asılı olmayaraq, işgəncə faktı qəbulolunmazdır. Azərbaycanlıların başına gətirilənlər isə artıq adi bir kriminal hadisə çərçivəsindən çıxaraq, daha böyük bir prosesin tərkib hissəsidir.
 
Tarix boyu imperiya təfəkkürü ilə hərəkət edən Rusiya siyasi elitası bu gün də bu modeli müxtəlif formalarda davam etdirir. Bu dəfə əsas hədəfdə Qafqaz və Orta Asiya mənşəli müsəlman xalqlar dayanır.
 
Ətraflı Baku TV-nin süjetində:
 

 

Избранный
6
21
moderator.az

10Источники