RU

Sərnişin təyyarəsi sərt eniş etdi

BAKI, 30 iyun. TELEQRAF

“Batik Air” şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Cakarta yaxınlığındakı Sukarno-Hatta beynəlxalq hava limanına çətin eniş edib.

Teleqraf xəbər verir ki, məlumatı FL360aero aviasiya portalı yayıb.

İnsident iyunun 29-da güclü külək və güclü yağış nəticəsində baş verib.

PK-LDJ nömrəli təyyarə eniş zamanı sağ tərəfə doğru yuvarlanıb. Nəticədə təyyarənin qanadlarından biri təhlükəli şəkildə uçuş-enmə zolağının səthinə yaxınlaşıb.

"Təyyarə çətin hava şəraiti nəticəsində baş vermiş insidentdən sonra istismara yararlı vəziyyətdə qalıb. Bütün uçuş prosedurlarına əməl olunub", - aviaşirkətin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Təyyarədə 141 sərnişin olub, heç kim xəsarət almayıb. Ekstremal hava şəraitinə baxmayaraq, eniş təhlükəsiz şəkildə həyata keçirilib.

Избранный
66
50
teleqraf.com

10Источники