İyunun son günü Bakıda və Abşeronda əsasən yağmursuz olacaq, bölgələrdə leysan gözlənilir.
Bizim.Media xəbər verir ki, paytaxtda və yarımadada havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan, dolu ehtimalı var.
Temperatur gecə 19-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti təşkil edəcək.
Bizim.Media