RU

Dünya çempionu “knyaz” oldu

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Nəhayət, Pol Poqba özünə yeni klub tapıb."Football-plus.az" xəbər verir ki, o, “Monako” ilə müqavilə imzalayıb.“Knyazlıq klubu”nun mətbuat xidmətinin məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi ilə bağlanan sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.Poqba daha əvvəl “Mançester Yunayted” və “Yuventus”da çıxış edib. O, Avropa Liqasının, İtaliya çempionatının 4 qat qalibi, İtaliya kubokunu 2 dəfə, İtaliya superkubokunu isə 3 dəfə qazanıb. Fransa millisində 2018-ci ildə dünya çempionu, Millətlər Liqasının qalibi və Avropa çempionatının vitse-çempionu olub.Qeyd edək ki, dopinqə görə verilmiş 4 illik diskvalifikasiyası 18 aya endirilən Pol cəzasını bu ilin mart ayında başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
icma.az

2Источники