RU

"Ayılmaq vaxtıdır!"- Tural İrfan yazır

Mürtəd molla rejimi bütün İslam dəyərlərini təhrif edərək xəbis fars şovinist siyasətinə alət edir. Əsasən də bütün müsəlmanların hörmət bəslədiyi Peyğəmbər Əhli Beytini istismar edərək onların adı arxasında Yezid siyasəti həyata keçirir, türk və müsəlman xalqlara qarşı qənim kəsilir.
Müaviyyə bin Əbu Sufyanın və Yezid bin Müaviyyənin etdiyi elə bir cinayət, elə bir mənfur əməl yoxdur ki, onu daha dolğun şəkildə bu gün İran rejimi etməmiş olsun. Əksinə, bir çox məsələlərdə Yezidi arxada qoyublar. Yezid İmam Hüseyni bir dəfə öldürmüşdüsə bu mürtəd rejimin istismarçı feodal molla sinfi hər il öldürür.
Bütün dünya müsəlmanlarına vacibdir ki, Peyğəmbər Əhli Beytini mürtəd fars rejiminin əsirliyindən xilas etsin. İslamın təəssübünü çəkən hər bir müsəlmanın borcudur ki, Peyğəmbər Əhli-Beytinə qarşı İranın bu istismarına qarşı çıxsın. Şükür Allaha ki, İmam Əlinin qızı Seyyid Zeynəb uzun əsirlikdən sonra azad edildi. Türbənin zirzəmisində Əsədin qardaşı Mahirin fars rejimi terrorçuları ilə şərikli narkotik istehsalı fabriki ifşa olundu, beynəlxalq təşkilatlar hələ də oradan müsəlman ölkələrinə ixrac olunan narkotikin marşrutunu, ixrac həddini araşdırır.
İmam Hüseynin adına "Hüseyniyyun" terror təşkilatı təsis edərək onu terrorçu obrazında təqdim edirlər. Peyğəmbər qızı Fatimeyi-Zəhranın adına "Fatimiyyun" terror təşkilatı qurub İslamın namusuna əl uzadırlar.
Peyğəmbərin namusuna dil uzadıb arvadı Aişəni təhqir edirlər. Digər həyat yoldaşı Həfsəni, qayınatası Əbu Bəkri, Sasani imperiyasını diz çökdürən Öməri şərləyib söyürlər. İmam Əlini aşağılayıb aciz, bacarıqsız, arvadını, haqqını müdaifə edə bilməyən obrazda göstərirlər ki, Allahı təhqir etsinlər. Çünki Peyğəmbər İmam Əlini "Allahın aslanı" adlandırıb. Bunun yalan olduğunu sübut etmək üçün İmam Əlinin obrazını Ömərlə üzləşdirib alçaldırlar ki, sanki Allahın aslanını məğlub göstərməklə Allahın özünü məğlub göstərib nifrət yaratsınlar. Ona görə bir hadisə baş verəndə əsla "Ya Allah" deməzlər. Peyğəmbərin ailəsini, namusunu, qohumlarını təhqir edirlər. İslamın şərəf və ləyaqətini rəsmən aşağılayırlar.
İmamları əsir tutub onların irsini, obrazını siyasi alətə çeviriblər. İmam Hüseyni İran mollalarından və onlara təqlid edənlərdən çox təhqir edən, nüfuzuna xələl gətirən ikinci bir qövm tarixdə olmayıb.
İslama və müsəlmanlara qənim kəsilən mürtəd rejim Qəzza müsəlmanlarını İsrailə qırdırıb sonra da bunu bayram kimi qeyd etdi. İndi də Ermənistandakı səfirləri Azərbaycanı şərləyir ki, guya İsrail İrana ölkəmizdən hücum edib. İndi də Azərbaycandakı müsəlmanların qanına göz dikiblər.
İran rejimi İraqla müharibədə 1 milyondan çox müsəlman qanı töküb. Belə bir rejimi ABŞ qorumasın bəs nə etsin? Qərbin səlibçi dairələrinin əlinə ikinci belə bir rejim düşərmi ki, bu qədər müsəlman qanına bais olsun?
Rejimin ideoloji dayaqlarından birinin fikridir ki, Fələstin xalqı nasibidir, onların qanı halaldır. Ancaq onların qanını biz töksək müsəlmanlar ayağa qalxar, ona görə İsrailin əli ilə onları qırmaq lazımdır. Və bunu etdilər də. Sadəlövh müsəlmanlar da inanır ki, rafizi İran rejimi guya sünnü fələstinliləri müdaifə etmək üçün çalışır. Yazıqlar olsun belə düşüncəyə sahib olanlara!
Elə idisə qulağının dibində 30 il qanı tökülən müsəlman, əksəriyyəti şiə olan Qarabağ əhalisinin haqqını niyə müdafiə etmədi, Azərbaycanın yox Ermənistanın yanında oldu? Əgər müsəlman təəssübü çəkirdisə niyə müsəlman Azərbaycanı deyil, Ermənistanı müdafiə edir, Zəngəzur dəhlizinə görə həyasızlıq edir? Yəni iki müsəlmanın arasında maneə yaradır...
"Ya Fatimeyi-Zəhra" kod adlı hərbi təlim keçirdi Ermənistan ilə müsəlman qanı tökmək üçün.
İranın Qüds üçün mücadiləsi odur ki, oradan müsəlmanları çıxarsın, qırdırıb kökünü kəssin.
Sadəlövh adamları təsir altına salıb özlərinə təqlid etdirirlər, siyasi asılılıqda saxlayırlar. Bunu da müsəlmanların Əhli Beytə olan sevgisini istismar edərək edirlər. Başqa nə cür edə bilərdilər ki? Desəydilər biz Sasani imperiyasını bərpa etmək üçün edirik, hamı üz çevirərdi. Odur ki, Əhli Beyti əsir götürüb onların arxasına saxlanıb edirlər ki, sadəlövh müsəlmanları tora salıb noxtalaya bilsinlər. (Təqlid sözünün mənası noxta, xamut deməkdir.) Zalım İran müctəhidlərinə təqlid etməkdənsə Yezidə təqlid etmək arasında fərq yalnız odur ki, o ölüdür, bunlar diri.
Əhli Beytin adı arxasına saxlanaraq törətdikləri cinayətləri onların üstünə atıb nifrət yaradırlar. Yüzlərlə iranlı görmüşəm ki, rejim onlarda Əhli-Beytə nifrət yaradıb. Əhli-Beyti pisləyirdilər ki, bu rejim bizə etdiyi zülmün ideoloji əsaslarının təməlini onlar qoyub. Saatlarla izah edib anlatmışıq ki, elə deyil, Əhli Beyti sadəcə sipər ediblər. O pak və müqəddəs şəxslər əsla belə bir mənfur, qəddar, anti insani ideoloji yaratmayıblar. İmam Hüseyn terrorçu olmayıb. Şüubiyyə təşkilatı İmamların adına vaxtilə milyonlarla saxta hədis, rəvayət uydurub öz xeyirlərinə siyasət qurublar. Əhli Beytin adını, irsini, amalını məhv edib yerində fars, erməni müştərək ideologiyası yaradıblar.
Odur ki, ayılmaq zamanıdır. İslamı, Əhli Beyti mürtəd rejimin müsəlmanlara qarşı yönəlmiş siyasətinə, terroruna qurban vermək olmaz. Dinin mehvəri Qurandır, Peyğəmbərdir, Əhli Beytdir, əshabdır, Qumun Yəmən yəhudilərindən, Livan ermənilərindən ibarət kahinləri deyil.
Tural İrfan, politoloq
Избранный
7
news365.az

1Источники