RU

Makron iranlı həmkarı ilə telefon danışığı aparıb

Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Bu barədə Makron “X” də paylaşım edib.

Telefon danışığı zamanı Makron Tehranı ballistik və nüvə məsələlərini həll etmək üçün danışıqlar masasına qayıtmağa və AEBA-nın İrandakı işini bərpa etməyə çağırıb.

Makron həmçinin Tehranı İsraillə atəşkəsə hörmətlə yanaşmağa və regionda sülhün bərpasına kömək etməyə çağırıb.

O, Fransa vətəndaşları Sesi Kohler və Jak Parisin azadlığa buraxılmasına və Fransa vətəndaşlarının və İrandakı obyektlərinin qorunmasına çağırdığını bildirib.

"Cebheinfo.az" 

Избранный
2
4
cebheinfo.az

7Источники