RU

Akrobatlarımızdan Dünya kubokunda 2 MEDAL

Akrobatika üzrə Azərbaycan yığması Polşanın Rzeşov şəhərində keçirilən Dünya kubokunda iki gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, kişilərin duetində Murad Rəfiyev və Daniel Abbasov fəxri kürsüyə qalxıb.

Yarışda Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Al-Meşayxidən ibarət qrup ikinci yerlə kifayətlənib.

Qarışıq cütlüklərdə mübarizəyə qoşulan Milana Əliyeva və Sabir Ağayev beşinci olublar.

Qeyd edək ki, Rzeşov turniri cari mövsümdə dünya çempionatının final mərhələsidir.

İdman.biz

Избранный
17
24
idman.biz

10Источники