Argentina yığmasının və ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 2020-ci ildən bəri ilk dəfə meydanda olduğu vaxtda 4 top fərqi ilə uduzub.
Bizim Media xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən gün klublararası dünya çempionatının 1/8 finalında PSJ (Fransa) ilə matçda reallaşıb.
Görüş Fransa klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu həm də 38 yaşlı futbolçunun "İnter Mayami"nin heyətində ən ağır məğlubiyyəti olub.
Qeyd edək ki, L.Messi sonuncu dəfə 2019/2020 mövsümündə "Barselona"nın heyətində olarkən 4 və daha çox top fərqi ilə uduzub. Kataloniya klubu UEFA Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə məğlub olub.
Bizim Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта