RU

Bu sürücü bir dənə də olsun qaydaya əməl etmədi - VİDEO

Dələduzluqda ittiham olunan, "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam edib.

Zərərçəkən Vüqar İsmayılov ona dəyən zərərin ödənilməsini deyib:

"Mən qızımı işə düzəltmək məqsədilə internetdə gördüyüm elandakı bağçaya müraciət etdim. Elanda yazılmışdı ki, uşaq bağçasına musiqi müəllimi axtarılır. Havvaxanımın qəbuluna gedəndə qızım bayırda gözlədi. Mən gedib onunla danışdım. Dedi ki, qızımı işə düzəlmək üçün 3-4 min pul verməliyəm. Razılaşdıq. Qızım işə düzəldi və növbəti 2 ay 300 manat maaş aldı. Sonra maaş verilmədi. Prokurorluğa müraciət etdik. Havvaxanımın atası 3 min manatını qaytardı, qalan 1000 manatını da onlara bağışladım".

Digər zərərçəkən Tarverdi Həsənov isə bildirib ki, bağçadakı iş elanını ilk dəfə gəlini görüb:

"Gəlinim bağçada işlə bağlı elan gördü. Müraciət edib Havvaxanımın qəbuluna getdik. Dedilər ki, 5 min manat pul lazımdır. Gəlinimə zəng edib təcili gətirməli olduğumuzu dedilər. Mən onlara 5 min verə bilməyəcəyimi, 4 min manat verəcəyimi bildirdim. Dedim ki, qalanını maaşda çıxarsınız. Lakin, ona iki ay işləməsinə baxmayaraq, maaş verilmədi. Havvaxımın yanına gedib nə məsələ olduğunu soruşdum. Narahat olacaq səbəb olmadığını bildirdi. Sonra köməkçisindən öyrəndim ki, Havvaxanımı tutublar. Atasının nömrəsini tapıb danışdım. Xahiş etdim ki, banka olan borcumuzu ödəyəcək qədər pul qaytarsınlar. Mənə 2 min manat verib sənədə qol çəkdirdilər. İstintaq zamanı çağırılanda dedim ki, mən razı deyiləm, pulumu qaytarsınlar. Atası 1100 manat da verib xahiş etdi ki, məsələni bağlayaq".

Havvaxanım Rüstəmova zərərçəkəni tanıdığını bildirib. O, zərərçəkənin gəlinindən təcrübə üçün 4 min manat pul alıb. Həmin qadının əmək müqaviləsi də olub. Təqsirləndirilən dəymiş ziyanın qalanını da ödəniləcəyinə söz verib.

Növbəti proses avqustun 4-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

"Moon Kids" Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, iş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş şəxs kimi tanınıb.

Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurulan 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

Избранный
7
avtosfer.az

1Источники