RU

Doymursan, çünki ac deyilsən- Həkimdən XƏBƏRDARLIQ

Emosional şəkildə həddindən artıq yemək stressə qarşı orqanizmin tipik reaksiyasıdır. 

News24.az xəbər verir ki, bu barədə qastroenteroloq Vasilisa Koçanova Lenta.ru-ya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, ilk növbədə insan fizioloji aclıqla emosional aclığı bir-birindən ayırmağı bacarmalıdır. Emosional aclığın əsas əlamətləri qəfil və güclü yemək istəyi (xüsusilə şirin və yağlı qidalar), yeməkdən sonra məmnunluq hissinin olmamasıdır. Narahatlıq, kədər və yorğunluq anlarında yeməyə yönəlmək və daha sonra yaranan peşmanlıq hissidir.

Koçanova qeyd edib ki, belə hallarda emosiyalardan qaçmaq əvəzinə, onlarla yaşamağı öyrənmək vacibdir. Meditasiya, nəfəs məşqləri, gündəlik yazı yazmaq və müntəzəm idman bu prosesə müsbət təsir göstərir.

“Müntəzəm aerobik məşqlər – məsələn, qaçış və ya üzgüçülük – stress hormonu olan kortizolun səviyyəsini azaldır, xoşbəxtlik hormonlarının (endorfinlərin) ifrazını isə artırır. Hətta qısa gəzinti və 15 dəqiqəlik yoqa belə qəlyanaltıların qarşısını ala bilər”, – deyə həkim bildirib. 

Qastroenteroloq onu da vurğulayıb ki, düzgün qidalanma da stresslə mübarizədə vacib rol oynayır. Lif, zülal, sağlam yağlar və vitaminlərlə zəngin qidalar – tərəvəz, meyvə, qoz-fındıq, bütün dənli bitkilər və balıq – qanda şəkərin səviyyəsini sabit saxlamağa və sinir sistemini gücləndirməyə kömək edir. Rafinə edilmiş karbohidratlar və şəkər isə yalnız qısa müddətli rahatlıq verir, uzunmüddətli dövrdə isə vəziyyəti pisləşdirə bilər.

Sonda həkim emosional aclığın qarşısını almaq üçün diqqəti yayındıracaq və özünüzü yaxşı hiss etdirəcək fəaliyyətlər tapmağı tövsiyə edib: 

“Bu, rəsm çəkmək, musiqi dinləmək və ya musiqi ilə məğul olmaq, bir sözlə şəxsi maraq dairənizə uyğun digər hobbilər ola bilər”,- deyə o bildirib.

Nigar İlyasqızı


Избранный
15
50
news24.az

10Источники