Bir səhər oyanıb bank hesabınızda milyonların olduğunu bilsəniz nə edərdiniz? Yeni ev? İdman avtomobili? Bəlkə tropik adaya bilet?
Lakin Avstraliyadakı şanslı lotereya qalibləri bunun tam əksini edirlər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, milyonçu olan avstraliyalar tamamilə fərqli addım atırlar.
Dəbdəbəni sevməyən insanlar şans əsəri qazandıqları pulu xeyriyyə işlərinə xərcləyirlər. Bununla bağlı "Lott" (The Lott - Avstraliya Lotereyalarının Rəsmi Evi, - red) insanlar arasında sorğu keçirib.
2024-cü ildə Avstraliyada 1,56 milyard dollarlıq lotereyanın qalibləri diqqət mərkəzinə düşüb. "Lott" tərəfindən aparılan sorğuya görə, qaliblərin böyük əksəriyyəti qəfil sərvət sehri altında dəbdəbəli alış-verişə tələsməkdənsə, pullarını investisiya və ailə dəstəyi kimi daha sadə seçimlərə yatırıblar.
Yarıdan çoxu gələcəklərini təmin etmək üçün sərmayə qoyub, 38 faizi isə qazandıqlarını yaxınları ilə bölüşüb. Yalnız 19 faiz yeni ev, 33 faiz isə avtomobil alıb.
Təbii ki, bəziləri dünyanı gəzməyə qərar veriblər. Sorğuda iştirak edən qaliblərin 17 faizi mükafatının bir hissəsini xeyriyyə işlərinə bağışlayıb.
"Lott"un sözçüsü Anna Hobdellin sözlərinə görə, qaliblər xəbərin şokunu atdıqdan sonra çox vaxt sevinclərini bölüşməyə can atırlar. Bu emosional haldır. Hətta qaliblərdən bəziləri gələcək qaliblərə də məsləhətlər verirlər.
Gülayə Mecid