RU

Sabah yağış yağacaq


İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Lakin iyunun 30-dan iyulun 1-ə keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Избранный
12
49
yeniavaz.com

10Источники