RU

Polis “Sputnik-Azərbaycan”ın ofisində əməliyyat keçirib

Hazırda polis “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirir.

Modern.az xəbər verir ki, polisin ofisi nəzarətə götürdüyünə dair məlumat yayılıb.

Məlumatı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, “Sputnik-Azərbaycan”ın fəaliyyəti bir müddət öncə dayandırılmışdı. Buna baxmayaraq, sonradan yayılan məlumatlarda agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı bildirilib.

Избранный
20
3
modern.az

10Источники