RU

Erməni XİN nazirindən sülh AÇIQLAMASI

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını müzakirəyə çıxarıb. AzPost xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan məlumat verib.

Erməni diplomat bildirib ki, İrəvan Bakı ilə sülh sazişinin detallarını müzakirə etməyə və daha sonra onun imzalanmasına hazırdır. Mirzoyanın sözlərinə görə, Ermənistan tərəfi bu məsələdə konstruktiv mövqe tutur və prosesə başlamaq niyyətindədir.

“Ermənistan konstruktivdir. Biz sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı Azərbaycanla danışıqlara başlamağa hazırıq”, – deyə Ararat Mirzoyan mətbuat konfransı zamanı qeyd edib.

AzPost.az

Избранный
20
50
azpost.info

10Источники