RU

Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib

Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib.

Operativ Media xəbər verir ki, bu barədə Çin KİV məlumat yayıb.

Qeyd olunub ki, yükün çatdırılması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçiriləcək.

Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir.

Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.

Избранный
8
13
operativmedia.az

10Источники