"Sputnik Azərbaycan"ın Bakı ofisində əməliyyat keçirilir.
APA xəbər verir ki, əməliyyatı polis keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər. Bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bir müddət əvvəl "Rossiya Segodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəliyi ləğv edilib. Bildirilib ki, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.






