RU

Quraqlıq, Trampın siyasəti: Avropanın nəhəng limanları ağzına qədər dolub

Donald Trampın qeyri-sabit gömrük siyasəti Avropada COVID-19 pandemiyasından sonra ən pis logistika pozulmasına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Barjalar malları yükləmək üçün günlərlə gözləmək məcburiyyətində qalır, konteyner gəmiləri isə növbələrdə qalıb. Ən çox Rotterdam, Antverpen və Hamburq limanları zərər çəkib. Vəziyyətin ən azı bir neçə ay davam edəcəyi gözlənilir.

Niderlandın “WEC Lines” gəmiçilik şirkətinin baş icraçı direktoru Sezar Leykenar, "Bütün böyük mərkəzlər həddən artıq doludur" deyib.

“Euro-Rijn Group” (Niderland) logistika şirkətinin direktoru Albert van Ommen hesab edir ki, bu, pandemiyadan sonra limanların həddindən artıq yükləndiyi ilk ciddi pozuntudur.

Problemlər qlobal logistikaya daha bir zərbədir, hansı ki, əvvəllər şirkətlərə sabit tədarüklərə arxalanaraq minimal ehtiyatlar saxlamağa imkan verirdi.

“Contargo” (Almaniya) bildirir ki, barjlar Antverpendə orta hesabla 66 saat, Rotterdamda isə 77 saat yüklənmə gözləyir. Əvvəllər yükləmə ciddi qrafik əsasında aparılırdı.

Van Ommen əlavə edir: "Dəniz gəmiləri üç-beş gün gec gəlir və barjalar vaxtında yükləyə bilmir. Nəticədə istehlakçı malı gecikmə ilə alır".

Избранный
7
publika.az

1Источники