RU

Rusiyanın hərəkətləri Avropanın və bütün bəşəriyyətin sabitliyinə təhlükə törədir RƏY

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kiyev, 30 iyun, AZƏRTAC

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımızın qətlə yetirilməsi ilə nəticələnən RF FTX-nin əməkdaşları tərəfindən törədilən vəhşilikləri kəskin şəkildə pisləyib.

Onun sözlərinə görə, Rusiyada başqa millətlərin hüquqlarının pozulması sinik şəkildə “xalqlar dostluğu” saxta şüarları ilə pərdələnir.

Agentliyin həmsöhbəti deyib: “Dünya birliyi Ukraynaya narahatlıq, qətiyyətsizlik və kifayət qədər yardım göstərilmədiyini ifadə etməkdən hərbi, humanitar və ekoloji cinayətlərin törədilməsində iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlmiş təsirli tədbirlərə keçməlidir. Rusiyanın hərəkətləri Avropanın və bütün bəşəriyyətin sabitliyinə təhlükə törədir”.

R.Tağıyev Ukraynada baş verən hadisələr ilə Rusiya hərbçilərinin Azərbaycan, Moldova, Gürcüstan, Suriya və dünyanın digər yerlərində cinayətkar hərəkətləri, həmçinin çeçen xalqına qarşı törədilən soyqırımı arasında tarixi paralellər də aparıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
azertag.az

2Источники