RU

İsrail Qəzzadakı qaçqın düşərgəsini bombaladı Xeyli sayda dinc insan ölüb və yaralanıb

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

İsrail ordusu Qəzzadakı Cəbəliyyə qaçqın düşərgəsini bombalayıb. 

"AzPolitika" Türkiyə mediasına istinadən xbər verir ki, soyqrımçı ordunun dinc insanlara hücumu nəticəsində azı 18 nəfər qətlə yetirilib, onlarla insan yaralanıb.

Məlumatda bildirilir ki, işğalçılar məcburi köçkünlərin sığındığı məktəb binasına artilleriya atəşi açıb.

Bundan əvvəl də Qəzzanın cənub-şərqindəki Həyy Zeytun və Həyy ət-Tuffəh bölgələrinin atəşə tutulması nəticəsində daha 4 fələstinli həlak olub.

Səhər saatlarından etibarən Fələstin Dövlətinin ərazisində İsrail ordusunun hava hücumları və top atəşləri nəticəsində ümumilikdə 68 nəfər həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
azpolitika.info

1Источники