RU

KDÇ-2025: Kim nə qədər qazanıb?

Klublar arasında dünya çempionatının qrup mərhələsi arxada qalıb, hazırda 1/8 final qarşılaşmaları davam edir.

Publika.az xəbər verir ki, bu, turnirin ümumi 1 milyard dollarlıq mükafat fondunun 741 milyon dollarlıq hissəsinin artıq komandalar arasında bölüşdürülməsi deməkdir. "The Athletic"in məlumatına görə, vəsaitin əsas hissəsi Avropa klublarının payına düşüb.

Turnirin qrup mərhələsi bitdikdən sonra klubların nə qədər qazandığı hesablanıb. Bu məbləğə turnirdə iştirak üçün ödənişlər, nəticələrə görə bonuslar və 1/8 final mərhələsinə çıxışdan əldə edilən gəlir daxildir. Klubların aldığı vəsait onların reytinqindən və kommersiya baxımından cəlbediciliyindən də asılıdır.

İndiyə qədər ən çox qazanan klub "Mançester Siti" olub – 51,7 milyon dollar. İngiltərə təmsilçisi qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qalib gəlib və 1/8 finala birinci pillədən yüksəlib.

İkinci pillədə yer alan "Real" isə iki qələbə və bir heç-heçə nəticəsində 48,4 milyon dollar qazanıb. Üçüncü sırada 45 milyon dollardan çox gəlir əldə edən "Bayern" qərarlaşıb.

Münhen klubunun qrupdakı ilk oyununda 10:0 hesabı ilə qalib gəldiyi yarıpeşəkar Yeni Zelandiyanın "Oklend Siti" klubu turnirdə ən az gəlir əldə edən kollektiv olub – 4,6 milyon dollar. Bu məbləğ "Oklend Siti"nin 7 illik büdcəsinə bərabərdir.

Избранный
298
32
publika.az

10Источники