RU

"Sabah" klubu legioneri ilə yollarını ayırdı

BAKI. 30 iyun. TELEQRAF

“Sabah” klubu futbolçusu Sofian Çakla ilə yollarını ayırıb.

Teleqraf "bayquşlar"ın rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Çakla 2023-cü ildən çıxış etdiyi “Sabah”da 71 oyunda 5 qol vurub.

Избранный
8
teleqraf.com

1Источники