RU

Əfqanıstanda sellər: 4 ölü, yüzlərlə evsiz

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Əfqanıstanın Meydan Vardak və Logar vilayətlərində güclü yağışlar və sellər nəticəsində 4 nəfər həyatını itirib, 4 nəfər yaralanıb, yüzlərlə insan isə yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıb.

Xalqcebhesi.az Tolo News-a istinadən xəbər verir ki, xüsusilə paytaxt Kabilə yaxın olan bu bölgələrdə sel fəsadları böyük ziyan vurub. Rəsmilər bildirir ki, ölənlər arasında 3 uşaq var.

Təxminən 270 evin dağıldığı hadisə nəticəsində yollar bağlanıb, lakin artıq bərpa işlərinə başlanılıb. Yardım təşkilatları afetzadələrə ərzaq və çadır paylayır.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
25
icma.az

10Источники