RU

Aİ-nin təşəkkür jesti: Kallasın Ermənistana səfəri ciddi strateji məna daşıyır

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistana səfər edib.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Kaya Kallas arasında görüş baş tutub. Görüşdə bir çox məsələlərə toxunulub. Eyni zamanda 
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib ki, Aİ Ermənistanın iqtisadi inkişafını dəstəkləmək məqsədi ilə 2024-2027-ci illər arasında bu ölkəyə 270 milyon avro vəsait ödənilməsini nəzərdə tutub.
Kallasın sözlərinə görə, bu vəsait Ermənistanda islahatları dəstəkləmək və Aİ-Ermənistan əlaqələrini inkişaf etdirmək üçün ayırılıb.
Aİ-nin ali nümayəndəsi ittifaqın Ermənistanda demokratiya və azad medianı dəstəkləyəcəyini vurğulayıb.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a söyləyib ki, Kaya Kallasın Ermənistana səfəri çox ciddi strateji məna daşıyır:

"Ən azından ona görə ki, bu səfərin nəticəsində Ermənistanın qeyri-hökumət təşkilatları, ictimaiyyəti və vətəndaş cəmiyyəti kifayət qədər məmnun qalacaq. Vətəndaş cəmiyyəti Paşinyanın bölgədəki siyasi mövcudluğunun əsas dayağıdır. İkincisi, Ermənistanın Rusiya qarşısında daha sərt mövqe nümayiş etdirməsinə görə Avropa İttifaqı sanki bir təşəkkür jesti etmiş olur. Yəni, bu addım Aİ-nin həmin mövqeyi bir daha təsdiqləməsidir.
Üçüncüsü, bu görüşdə əsas məsələ mülki missiyadır. Azərbaycan–Avropa İttifaqı gündəliyində daha pozitiv notlar yer aldığından, bu missiya gələcəkdə Rusiya və İran əleyhinə yönələcək. Azərbaycan–Ermənistan münasibətlərini nəzərdən keçirsək, bu prosesdə Rusiyanın son mövqeyindən sonra Avropa İttifaqı hər iki ölkəni qarşı-qarşıya gətirən deyil, əksinə, onları əməkdaşlığa təşviq edən bir siyasət izləməlidir".
Избранный
11
sherg.az

1Источники