RU

DİN-in "Sputnik Azərbaycan"da keçirdiyi əməliyyat yerindən GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.
 
Xatırladaq ki, iyunun 30-da "Sputnik-Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.

 

Hazırda "Sputnik Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirilir.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
 
Qeyd edək ki, bir müddət əvvəl "Sputnik Azərbaycan"ın fəaliyyəti dayandırılmışdı.
 
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
Избранный
20
3
moderator.az

6Источники