RU

"Niyə yazmırsınız ki, soydaşlarımızla işləməli olan Diaspora Komitəsi adlı amorf qurum bunu bacarmır?" » AzadMedia.az


Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin ana xətti ondan ibarətdir ki, hökumət ölkəmizin ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir.
Təəssüf ki, Rusiyada yaşayan minlərlə azərbaycanlının hər gün tapdalanan hüquqları fonunda biz bunu görə bilmirik.
Bəziləri elə bu platformadan iddia edir ki, ay nə bilim iqtisadi-sosial vəziyyətimiz yaxşı olsaydı yüz minlərlə vətəndaşımız Rusiyaya getməzdi. Bəli, səbəblərdən biri də budur, amma əsası deyil. Miqrasiya hər zaman olub. İnsanların başqa şəhərlərdə, ölkələrdə yaşamaları doğal haqlarıdır. Bu iqtisadi çətinlikdən də olar, kefdən də...
Problem Rusiyada yaşayan yüz minlərlə soydaşımızın sahibsiz qalması, təhlükəsizliklərinin davamlı təhdid altında olmasıdır.
İndiki situasiyada Rusiyanı yıxıb-sürümək asandır.
Niyə yazmırsınız ki, soydaşlarımızla işləməli olan Diaspora Komitəsi adlı amorf qurum bunu bacarmır?
Niyə etitaf etmirsiniz ki, bu qurum yenidən dizayn olunmalı, fəaliyyət istiqamətləri konkretləşməlidir?
Komitədəki məmurların son üç-beş aydakı səfər marşrutlarına diqqət edin. Ancaq Avropa ölkələri, Türkiyə və digərləri...
Qulağımızın dibində Gürcüstan və Rusiyada azərbaycanlıların vəziyyəti bərbaddır. Bu ölkələrdə yüz minlərlə azərbaycanlının taleyi Allahın ümidinə, FSB-nin yaratdığı əldəqayırma milli-mədəni mərkəzlərin (biz onlara diaspor təşkilatları da deyirik) və Diaspora Komitəsindən idarə olunan işbaz diaspor sədrlərinin yarıtmaz fəaliyyətinə qalıb. Sonuncular vaxtaşırı Diaspor Komitəsinə gəlir, bəh-bəhlə qarşılanır, medalını, Fəxri Fərmanını alıb, şəkil çəkdirib geri qayıdırlar.
Diqqət edin: Yekaterinburqda baş verən o vəhşiliyə bu şəhərdə yaşayan yüzlərlə azərbaycanlı və ya diaspor təşkilatı hər hansı bir reaksiya verdimi? Və yaxud da Rusiyada adı var, özü olmayan yüzlərlə diaspor təşkilatı hər hansı bir çağırış etdimi? Ən azı yumşaq formada bir müraciət belə görmədik. Rusiyadakı bəzi təşkilatlar qorxurlar, haqlıdırlar da...
NİYƏSİNİ BİLİRSİNİZMİ?
Çünki onlar yox kimi bir şeydirlər.
Diaspora Komitəsi bax bu gün üçün təşkilatlar formalaşdırmalı idi. Amma etməyib, istəməyib, bacarmayıb.
Biz feysbuk kimi platformalarda bəlağətli və lətafətli etirazlarımızla onları müdafiə edə bilməyəcəyik. Bizim bu ütülü statuslarımız daxili auditoriyaya hesablanıb. Olsun, buna da şükür...
Niyə anlamırsınız ki, hökumət və onun Diaspor Komitəsi adlı vecsiz qurumu vaxtında iş görməli idi. Votçap qrupları ilə diaspora hərəkatını irəli aparmaq olmaz, Cənab Muradov...
Bu iş əmək, zəhmət, vicdan tələb edir.
Məqalə Niyaz Niftiyevin sosial media hesabından götürülüb.
Избранный
24
2
azadmedia.az

10Источники