RU

Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir?

Dünyada hərbi münaqişələrin artdığı bir dönəmdə insanların təhlükəsizliyi üçün görülən tədbirlər də aktuallığını qoruyur.

Belə ki, müharibələr, nüvə sızıntıları, kimyəvi silahların tətbiqi, bir sıra təbii fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bunker və sığınacaqlardan istifadə edilir.

Viral.az xəbər verir ki, bu kimi bunkerlərdən biri sovet illərində Bakının Qaradağ rayonunda – Ələt qəsəbəsi yaxınlığında inşa edilib. Hazırda baxımsız və nəzarətsiz qalan bunkerdən “Photo Stock” platforması fotoreportaj hazırlayıb.

Son Yazılar:

Reportajda qeyd edilib ki, bunkerdən içəriyə daxil olduqda burada uzun dəhliz görünür, onun sonu isə müxtəlif qaranlıq otaqlara açılır. Otaqlar arasında keçidlər mövcuddur. Bunkeri gəzdikcə burada müxtəlif səslər eşidilir. Bəzi otaqlarda yararsız monitorlar var. Bunkerə nəzər saldıqda buranın böyük bir yer olduğu məlum olur. Belə ki, istifadə müddətində təxminən 300-400 nəfərin yaşaması üçün şəraitə malikdir.

Bunkerdən fotoları təqdim edirik:

1751274061 d8bf6a914de4a6090a5a5

1751274047 cfe1dd63b50d559674dad

1751274030 248d46dfab7039741c642

1751273992 d20a16ac7747a454f19bc

1751274066 63023873dfb21008fb378

1751274022 1995e40dac12795a58b88

1751274032 8e8267cab5c85e02e081e

Избранный
114
17
viral.az

10Источники