RU

Premyer Liqamızda 5 qol vuran əcnəbi göndərildi - FOTO

“Sabah” müdafiəçisi Sofian Çakla ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.

Paytaxt təmsilçisi Sofian Çaklaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

"Sabah" bunadək Şakir Seyidov, Vasili Berezutski (baş məşqçi), Con İrasabal, Namik Ələskərov və Vinsent Tilllə yollarını ayırıb.

Избранный
16
32
sportinfo.az

10Источники