RU

Peskov saxlanılan azərbaycanlılardan danışdı

Metbuat saytına istinadən ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Yekaterinburqda baş verən hadisələrlə bağlı Rusiya ilə əməkdaşlıq formatında planlaşdırılan tədbirləri ləğv etməsinə münasibət bildirib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, o, bu qərarlardan təəssüf hissi keçirdiklərini bildirib. Peskov hadisələrin səbəb və mahiyyətinə dair izahat işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Peskov qeyd edib ki, hüquq-mühafizə orqanlarının işi demarşlar üçün səbəb olmamalıdır.

Qeyd edək ki, rəsmi Bakı Yekaterinburqda azərbaycanlılara

qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər zamanı iki vətəndaşının

həlak olması, bir neçəsinin isə xəsarət alması ilə bağlı Rusiyaya rəsmi

etirazını bildirib. Bu hadisələrin fonunda Mədəniyyət Nazirliyi Rusiyanın Azərbaycanda keçirməyi

planlaşdırdığı bütün mədəni tədbirləri — konsertlər, festivallar, tamaşalar və

sərgiləri ləğv etdiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
50
metbuat.az

10Источники