RU

Almaniya etiraz etmişdi: Bu ölkədən Türkiyəyə dəstək gəldi

Almaniyanın Türkiyəyə "Eurofighter Typhoon" döyüş təyyarələri satışında uzatma siyasəti davam edərkən, diqqət çəkən açıqlama gəlib.

Publika.az xəbər verir ki, İngiltərə Xarici İşlər Naziri Devid Lammi Ankaraya səfəri ərəfəsində “Hürriyyət” qəzetinə danışıb.

Lemmi Almaniyanın keçmişdəki əngəllərinin artıq aradan qalxdığını bildirərək deyib: “Türkiyə, Avropanın və dünyanın təhlükəsizliyi üçün vazgeçilməz tərəfdaşdır”.

Lemmi Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, "Eurofighter" satışının təkcə texniki yox, həm də strateji və siyasi məsələ olduğunu qeyd edib.

“Biz xalqların daha təhlükəsiz və azad yaşadığı bir dünya qurmaq istəyən müttəfiqik. Türkiyə ilə birlikdə işləmək bu məqsədin bir hissəsidir”, - deyə o bildirib.

Избранный
11
publika.az

1Источники