RU

“Sputnik Azərbaycan”da saxlanılan 2 nəfər binadan çıxarıldı

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan iki nəfər binadan çıxarılıb.

Yenisabah.aza report-a istinadla xəbər verir ki, həmin şəxslər hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Dominos pizza

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.


Telegram kanalımız
Избранный
4
49
yenisabah.az

10Источники