RU

Yüksək vəzifə verilən Fərid Əsgərov kimdir? - DOSYE

Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə Fərid Əsgərov təyin edilib.  F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi. 

Yenisabah.az PTX-nin yeni rəisi Fərid Əsgərovla bağlı maraqlı faktları təqdim edir:

Polkovnik Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının sabiq I vitse-prezidentidir.  O, "Paşa Holdinq"də işlədiyi vaxtda – 2017-ci ildə Yaşar Bəşirovun prezidenti olduğu Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti seçilib.  Pepperoni pizza

Federasiyanın indiki "ASK Arena"da yerləşən ofisində keçirilmiş səsvermə prosesində sabiq gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin sabiq İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (indiki Azərbaycan Karate Federasiyası) prezidenti Ülvi Quliyev də iştirak edib.

F.Əsgərovun əsas məqsədi Tokio Olimpiadasında debüt etməyə çalışan idman karatesinə (WKF) maliyyə ayırmaq olub. O, 2023-cü ilədək bu vəzifədə çalışıb.

Qeyd edək ki, Fərid Əsgərovun qardaşı Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
24
15
yenisabah.az

10Источники