RU

Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı

Azərbaycanlı futbolçu Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.

Operativ Media xəbər verir ki, 26 yaşlı hücumçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib:

"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə o, paylaşımda qeyd edib.

Qeyd edək ki, Renat Dadaşov bu ilin fevral ayından "Radomyak"da çıxış edirdi. Azərbaycan milli komandasının üzvü Radom təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 22 qol ötürməsi ilə yadda qalıb.

Избранный
22
32
operativmedia.az

10Источники