Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenisabah.az rbk-ya istinadla xəbər verir ki, "bu, Bakının qeyri-dost hərəkətləri ilə bağlıdır".
Nazirlik nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfir “bütün bu illər ərzində Azərbaycan hakimiyyətinin heç bir şikayəti olmayan” rusiyalı jurnalistlərin qanunsuz həbsinə görə də çağırılıb. Sezar pizza
Həftəsonu Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili Petr Volokov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Buna Yekaterinburqda azərbaycanlıların saxlanması və iki şübhəlinin ölümü səbəb olub.
Telegram kanalımız