Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Eyvazalılar kəndi ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Məhərrəm Ələkbərovun idarə etdiyi "KamAZ" markalı yük maşını 1968-ci il təvəllüdlü Arif Bünyatovun idarə etdiyi "VAZ-2107" markal minik maşını ilə toqquşub.
Nəticədə minik maşınının sürücüsü ölüb.
Faktla bağlı araşdırma aparılır.

