Avrokuboklara hazırlaşan "Qarabağ" və "Zirə" klubları bu gün yoldaşlıq görüşündə üz-üzə gəliblər.
Offsideplus.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən qarşılaşmanı qeyri-rəsmi olaraq, mövsümün açılışı adlandırmaq olar.
Çünki bu, mayın 31-də ölkə kubokunun finalından sonra Misli Premyer Liqası təmsilçilərinin iştirakı ilə gerçəkləşən birinci qarşılaşma kimi yadda qalıb.
Oyun "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə nəticələnib.
Qarşılaşmanın əvvəlində Ruan Renato Kadi Borgesin cərimə zərbəsindən sonra avtoqola imza atıb.
Fasilədən sonra Qurban Qurbanovun yetirmələrindən Emmanuel Addai, Aleksey Kaşuk və Musa Qurbanlı fərqləniblər.