RU

"Küçədə o xanımla məni çəkib TikTok-a qoydu"

Aparıcı Elgiz Əkbər maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, o, aparıcısı olduğu verilişdə uşaqlıqdan tanıdığı xanım dostu ilə icazəsiz görüntüsünün çəkilməsinə etirazını bildirib.

"İnsanlar anlamırlar ki, indiki dövrdə mediatik insan olmaq nə qədər çətindir. Uşaqlıq dostum var, özü 180 kilodur, xanımdır. İkimiz küçədəyik, dükana gedirdik. Yoldan keçən biri bizi
çəkib TikTok-a qoyub. Sual verir ki, bu, Elgizin nəyidir? Tərbiyəsizlikdir. Hər nəyimdirsə, sənin nə ixtiyarın var ki, vətəndaşı çəkirsən? Yaxşı, məni hamı tanıyır, bəs. o xanım?!

Ailəsi,həyat yoldaşı var. Mənimlə getməyə görə niyə çəkilməlidir? Lap, mənim əzizimdir, sənə nə? Çəkmisən, videonun altına yazdığın söz nə deməkdir?". 

Musa
Milli.Az

Избранный
21
50
milli.az

10Источники